Rauf Arifoğlu: "Asəf Quliyev öz zibillərini bizim üstümüzə atmasın. Bu dəliliyin, anormallığın bir izahatı varmı?"

Rauf Arifoğlu: "Asəf Quliyev öz zibillərini bizim üstümüzə atmasın. Bu dəliliyin, anormallığın bir izahatı varmı?"

"Asəf Quliyev gözünün içinə qədər yalan danışır. Onun istefasının əsil səbəbini bir çoxları kimi, mən də bilirəm. Lakin söyləməyi etik bulmuram".

Bu fikirləri SİA-ya "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu eks-cəbhəçi, Milli Şuranın keçmiş funksioneri Asəf Quliyevin onu, Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılını, eləcə də AXP sədri Pənah Hüseyni məğlubiyyətin əsl səbəbkarları qismində görüdüyünə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, bu qədər yalan danışmaq olmaz: "Ayıbdır, bu qədər yalan danışmasın, öz zibillərini bizim üzərimizə şər atmaqla ört–basdır etməsin. Bu dəliliyin, anormallığın bir izahatı varmı?".

Burada məntiqin olmadığını deyən Arifoğlu A.Quliyevi sifariş yerinə yetirməkdə suçlayıb və qeyd edib ki, qarşı tərəf özünü təmizə çıxarmağa çalışır: "Asəf Quliyev artıq kimlərinsə əlində bir oyuncağa çevrilib və nə istəsələr, ona dedirdəcəklər. Üstündən 3-4 ay keçəndən sonra nəhayət, guya özünü təmizə çıxartmağa bir bəhanə tapıb. O qədər gülüncdür ki, deməyə söz tapmırsan" .

Xatırladaq ki, A.Quliyev ənənəbi müxalifətin məğlubiyyətini AXCP rəhbərliyində, eyni zamanda Milli Şurada və "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluda, partiya rəsmisi Arif Hacılıda, habelə AXP sədri Pənah Hüseyndə görüb: " Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu Milli Şura yaranan gündən onu dağıtmağa çalışıblar. Bu, onların müsahibələrində də öz əksini tapıb. Buna baxmayaraq, Arif Hacılı Milli Şuranın rəhbərliyinə gətirildi, Rauf Arifoğlu və Pənah Hüseyn isə Cəmil Həsənlinin vəkili təyin olundu. Eyni zamanda Milli Şuranın özündə rəhbərliyində Cəmil Həsənlinin namizədliyi verildiyi gün seçkinin uduzulduğu bəlli idi. Çünki bu cür hədəf, komanda ilə seçkiyə gedilməsi elə bu nəticəni verəcəkdi. Son iki il ərzində, xüsusilə seçki öncəsi Milli Şuradakı proseslər məndə fikir ayrılığı yaratdı. Nəhayət, qərara gəldim ki, bu gedişlə hər hansı müsbət nəticə əldə etmək olmaz"...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə