“Cenevrə razılaşmasının yanvarın ortalarınadək icraya yönəldiləcəyi ehtimal olunur”

“Cenevrə razılaşmasının yanvarın ortalarınadək icraya yönəldiləcəyi ehtimal olunur”

"İranla "5+1" ölkələri arasında nüvə məsələsində əldə olunmuş razılaşmanın bu il dekabr ayının sonunda və ya gələn il yanvar ayının əvvəllərində icra ediləcəyi gözlənilir".

SİA -nın İranın "Radiofərda" saytına istinadən verdiyi məlumata görə, bu haqda İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Rza Nəcəfi bildirib.

Onun sözlərinə görə, hər iki tərəfin ən azı gələn il yanvarın ortalarınadək Cenevrə razılaşmasından irəli gələn məsələləri həyata keçirməsi ehtimal olunur.

Qeyd edək ki, bir müddət əvvəl İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Cenevrə razılaşmasının dekabrın 20-dən icraya yönəldiləcəyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə