Hürrü Əliyev: “Milli Şuranı milli maraqlar deyil, yalnız seçki maraqlandırır”
"Rüstəm İbrahimbəyovun yaratdığı Milli Şuranın tərkibindəki insanların əvvəldən məram və məqsədləri seçki prosesində iştirak etmək olub. Fəaliyyətləri yalnız seçkilərə hesablanmış qurumların təməlində ali ümummilli məqsədlər dayanmadığı üçün onlar iflasa uğrayırlar". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının (AMACP) sədri Hürrü Əliyev bildirib.
Onun sözlərinə görə, Milli Şurada olanlar Rüstəm İbrahimbəyova az qala xalq qəhrəmanı etdilər: "Elə ki, namizəd kimi Cəmil Həsənli ortaya çıxdı Rüstəm adında insan yaddan çıxdı. Nə qədər ki, əsil vətənpərvər milli lider, rəhbər yoxdur, heç bir birliyin heç bir qurumun fəaliyyəti uzun sürməyəcək. Bir vaxtlar radikal müxalifət Rəsulzadə-Elçibəy birliyi altında İctimai Palatada birləşərək iflasa uğradılar. İndi də Milli Şurada vəziyyət o həddə çatıb. Onların fikirləri Milli Şuranı 2015-ci il parlament seçkilərinə qədər saxlamaqdır. Bu da onu göstərir ki, onlar prezident seçkilərində məğlub oldular özlərini parlament seçkilərinə hazırlayırlar. Onları milli maraqlar deyil, yalnız seçki maraqlandırır. Hətta bunu Cəmil Həsənli də etiraf edib. O, "bu, yanlız seçkilər üçün yaranmış qurumuq" eirafını edib.
Partiya sədri onu da qeyd edib ki, belələri özlərində islahatlar aparmayana qədər heç bir nəaliyyət əldə edə bilməyəcəklər.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB