Mütəllim Rəhimli: “Rüstəm İbrahimbəyovun istefa verməsini ən çox istəyən İsa Qəmbər olub”

Mütəllim Rəhimli: “Rüstəm İbrahimbəyovun istefa verməsini ən çox istəyən İsa Qəmbər olub”

"Milli Şurada təmsil olunanlar bir-birlərinin fikirlərinə qarşı çıxırlar. Onlar arasında hansısa məsələdə razılıq əldə olunmur. Bu isə öz növbəsində bu qurumda vəziyyəti gərgin olaraq saxlayır". Bu fikirləri SİA-ya açıqlamasında Ədalət partiyasının aparat rəhbəri Mütəllim Rəhimli söyləyib.

O, həmçinin, qeyd edib ki, Rüstəm İbrahimbəyovun istefa verməsini ən çox istəyən İsa Qəmbərin də burada öz maraqları olub: "Məlumdur ki, R.İbrahimbəyovun istefasını istəyən Müsavat partiyası rəhbərliyinin öz istəkləri, maraqları olub. Təbii ki, hansısa qurumda öz şəxsi maraqlarını düşünən insanlar cəm olubsa, deməli orada birlik, sabitlik hökm sürə bilməz".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə