Polşa prezidentinin Ukraynaya planlaşdırılan səfəri ləğv olunub

Polşa prezidentinin Ukraynaya planlaşdırılan səfəri ləğv olunub

Polşanın prezidenti Bronislav Komorovskinin Ukraynaya planlaşdırılan səfəri ləğv edib. SİA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu B.Komorovski Vilnüsdə keçirdiyi mətbuat konfransında bəyan edib.

Polşanın dövlət başçısı bildirib ki, bu, Ukrayna tərəfinin qərarıdır.

Xatırladaq ki, dekabrın 2-də Polşa və Ukrayna liderləri yeni sərhəd məntəqəsinin açılışında iştirak etməli idilər.

Bütün xəbərlər Facebook səhifəmizdə