Ukrayna müxalifəti prezident Viktor Yanukoviçin impiçmentinə nail olmaq niyyətindədir

Ukrayna müxalifəti prezident Viktor Yanukoviçin impiçmentinə nail olmaq niyyətindədir

Ukrayna müxalifəti Avropa İttifaqı ilə assosiativ sazişi imzalamayan prezident Viktor Yanukoviçin impiçmentinə nail olmaq niyyətindədir. SİA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kiyevin İstiqlal meydanında "Batkivşina" partiyasının siyasi şurasının sədri Arseniy Yatsenyuk bəyan edib.

"Ukrayna xalqı prezidentin impiçmentini tələb edəcək ki, seçkilər 2015-ci ildə deyil, daha tez keçirilsin", – deyə meydanda toplaşanların qarşısında çıxış edən A.Yatsenyuk bildirib.

Sonra müxalifət Nikolay Azarov hökümətinin istefaya göndərilməsinə səy göstərəcək. Artıq parlamentdə N.Azarovun istefasına dair qərar layihəsi qeydiyyatdan keçib.

Öz növbəsində "UDAR" partiyasının lideri Vitali Kliçko da Ukrayna prezidentini kəskin şəkildə tənqid edərək, aksiya iştirakçılarını təxribatlara uymamağa çağırıb.

"Biz vətəndaş mövqeyimizi qorumalı və Avropa ölkəsində yaşamalıyıq", – deyə V.Kliçko bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə