Mais Səfərli: "Rüstəm İbrahimbəyov lazımsız biri olduğunu başa düşüb istefa verdi"
"Rüstəm İbrahimbəyov gödü ki, onun arzularının heç biri həyata keçmədi, reallaşmadı və bundan sonra həqiqətən də lazımsız biri olduğunu başa düşüb istefa verdi". Bu fikirləri SİA-ya açıqlamasında Yurddaş partiyasının sədri Mais Səfərli söyləyib.
O, həmçinin qeyd edib ki, Milli Şura yarandığı gündən zatən cəmiyyətdən dəstək almayıb: "Bu qurum onsuzda heç kim tərəfindən qəbul olunmur. 3-5 nəfər nə danışdığını, nə düşündüyünü bilməyən adamların orada təmsil olunmaları heç də o demək deyil ki, bu qurum ciddi dəstək alır. Hər kəsə bəllidir ki, Milli Şura yaranan andan etibarən qəbul olunmayıb və məhvə doğru addımlayıb".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB