TÜRKPA baş katibi Jandos Asanov Sankt-Peterburq şəhərində Qazaxıstan Parlamenti Senatının Sədri cənab Kassym-Jomart Tokayev ilə görüşüb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Jandos Asanov Spikerə TÜRKPA-nın fəaliyəti və gələcək planlar haqda məlumat verib.
Görüşün sonunda TÜRKPA baş katibi xanımı Guljanla birgə illər ərzində tərtib etdikləri və yenicə nəşr olunan İngiliscə-Qazaxca lüğətini Tokayevə hədiyyə olaraq təqdim edib.
Jandos Asanov həmçinin, Sankt-Peterburq şəhərində Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin ilə də görüşüb. Rəsmilər TÜRKPA-nın gündəliyi və fəaliyyətini müzakirə ediblər.
Qazaxıstan parlamentinin Aşağı Palatasının sədri TÜRKPA-nın fəaliyyətinin yeni məzmunda inkişafına ehtiyac olduğunu vurğulayıb. Görüşün sonunda yenicə nəşr olunmuş İngiliscə-Qazaxca lüğətini Niqmatulinə hədiyyə olaraq təqdim edib.
Eyni gündə TÜRKPA baş katibi Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin, Qırğızıstan Respublikası Jogorku Keneşinin sədri Asilbek Jeenbekov və Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovla ikitərəfli görüşlərdə iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB