Millət vəkili: “Bu gün dünya ölkələri Azərbaycanla hesablaşır”

Millət vəkili: “Bu gün dünya ölkələri Azərbaycanla hesablaşır”

"Azərbaycan qonşu dövlətlərlə münasibətlərin qorunub saxlanmasını prioritet məsələ kimi dəyərləndirir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ülvi Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbacan qonşu dövlətlərlə, o cümlədən, İran və Rusiya ilə münasibətləri qorumağa çalışır: "Baxmayaraq ki, həm şimal, həm də cənub qonşularımız bizə qarşı səmimi dost kimi yanaşmır. Bunu elə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair göstərdikləri münasibətdə də görmək mümkündür. Lakin Prezident İlham Əliyevin yürütdüyü balanslaşdırılmış daxili və xarici siyasət bu gün ölkəmizin beynəlxalq arenada nüfuzunu artırır. Bu gün dünya ölkələri Azərbaycanla hesablaşır və Azərbaycanı dünya miqyasında strateji tərəfdaş kimi qəbul edirlər. Bu da birbaşa dövlət başçımızın yürütdüyü müdrik siyasət nəticəsində baş tutur".

Bütün xəbərlər Facebook səhifəmizdə