"Milli Şura üzvlərinin bir-birlərinə qarşı düşmənçilik münasibətinin arxasında bir neçə məqam dayanır ki, bunlardan biri də onların xaricdən aldıqları pulları bölüşdürə bilməməsindən ibarətdir. Hər biri istəyir ki, daha çox pul onun payına düşsün". Bu fikirləri SİA-ya açıqlamasında "Azadlıq" Partiyasının sədri Əhməd Oruc söyləyib.
O,həmçinin bildirib ki, onlar gündəmdə qalmaq üçün müxtəlif oyunlara əl atırlar: "Milli Şurada təmsil olunanların bir-birlərinə olan bu cür soyuq münasibəti və açıqlamaları həm şou göstərmələrindən, həm də gündəmdə qalmaq istəmələrindən xəbər verir".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB