Tahir Rzayev: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan bütün imkanlara malikdir”
"ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün real perspeiktivlərin olduğunu bəyan etməsi dövlətimizin apardığı uğurlu siyasətin göstəricisidir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Millət vəkilinin fikrincə, artıq bütün dünya Azərbaycanın ərazi bütövlüyünün bərpasını istəyir: "Çünki regionun təhlükəsizliyinə təhdid olan və həll olunması gərəkən problemlərdən ən vacibi budur. Dağlıq Qarabağ münaqişəsinin istər sülh, istərsə də müharibə yolu ilə həlli üçün Azərbaycan bütün imkanlara malikdir. Bunu nəinki biz, artıq dünyanın böyük dövlətləri də etiraf edirlər".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB