Gövhər Baxşəliyeva: “Ölkə başçısı bu mükafata layiqdir” MÜNASİBƏT

Gövhər Baxşəliyeva: “Ölkə başçısı bu mükafata layiqdir” MÜNASİBƏT

"Ölkə başçısının "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi, çox önəmli bir hadisədir". Bu sözləri SİA-ya millət vəkili Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi ilə bağlı fikirlərini bildirərkən deyib. O bildirib ki, ölkə başçısı jurnalistlərin dostu mükafatına layiqdir.

Azərbaycanda söz və mətbuat azadlığının mövcudluğunu xatırladan millət vəkilinin sözlərinə görə, ölkəmizdə bu şəraiti yaradanların başında məhz ölkə başçısı dayanır: "Dövlət başçısı mətbuata hərtərəfli qayğı göstərir və onun bu istiqamətdə gördüyü işlər bunu açıq şəkildə ortaya qoyur. Ölkə başçısının həyata keçirdiyi işlər arasında mətbuatın xüsusi yeri var. Belə ki, mətbuat işçilərinin şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkəmizdə mühüm işlər görülür. Buna bariz nümunə mətbuat işçilərinin evlə təmin olunmasıdır. Azərbaycan dünyada yeganə ölkədir ki, mətbuat işçiləri evlə təmin olunub. 2015-ci ildə digər jurnalistlər də evlə təmin olunacaqlar. Bu, tarixi və indiyə qədər heç bir ölkədə olmayan bir hadisədir. Azərbaycan bu istiqamətdə də ilkə imza atdı. Bundan əlavə, mətbuat işçilərinin sosial vəziyyəti də ölkə başçısının diqqət mərkəzindədir. Bu istiqamətdə də işlər davam edir. Bütün bunlar bir daha göstərir ki, ölkə başçısı bu mükafata layiqdir".

Bütün xəbərlər Facebook səhifəmizdə