"Bu, ABŞ konqresində Azərbaycanyönlü mövqeyin güclənməsindən xəbər verir”
"ABŞ konqresmenlərinin Prezident İlham Əliyevlə görüşü və eyni zamanda prezident seçilməsi ilə əlaqədar ünvanladıqları təbrik məktubları bir daha təsdiqləyir ki, ABŞ qanunvericilik orqanında ölkəmizdə aparılan müasir siyasətin memarı olan İlham Əliyevlə bağlı pozitiv mövqe formalaşıb". Bu sözləri SİA-ya açıqlamasında ABŞ konqresinin nümayəndə heyətinin Azərbaycana səfərinin və ölkə haqqında daha öncələr irəli sürdükləri bəzi iddiaları və stereotipləri təkzib edib-etməməsinə aydınlıq gətirərkən politoloq Elman Nəsirli bildirib.
Onun sözlərinə görə, eyni zamanda, ABŞ konqresi müxtəlif zamanlarda ənənəvi olaraq, Azərbaycana qarşı anti-mövqeyi ilə yadda qalıb: "Xatırladaq ki, 1992-ci il 24 oktyabr tarixində "azadlığı müdafiə" adı çərçivəsində 907-ci maddəni də məhz ABŞ konqresi qəbul edib. Konqres həmin qətnamələrin ləğvi ilə bağlı heç bir addım atmaq istəməyib. Yalnız 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın ABŞ Rasional Koalisiyasında iştirakından sonra Ağ ev və Corc Buş 2002-ci ildən etibarən 907-ci maddəni hər il yenidən fəaliyyətini dondurur".
Politoloq daha sonra son zamanlar Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, BMT-yə qeyri daimi üzv seçilməsi, Avropa İttifaqına sədrlik etməsin şübhəsiz ki, ABŞ-Azərbayan münasibətlərinə də təsir etdiyini vurğulayıb və bunun xüsusilə də ABŞ-ın qanunverici orqanı olan Konqresin də Azərbaycan haqqında pozitiv fikirlərdə olmasına gətiri çıxarır: "Düzdür 435 konqresmen və 100 senator var. Onların arasında 200 nəfəri ermənipərəst mövqeyi ilə seçilirlər. Amma onu da qeyd edək ki, onlar arasında Azərbaycana qarşı müsbət fikirli insanların da sayı artmaqdadır. Məhz həmin insanların baxış nöqtəsi nəticəsində bu gün Azərbaycan və ABŞ arasında "gələcəyə baxış" mövzusu adı altında konfrans təşkil olunur. ABŞ konqresmenlərinin bu gün Bakıda mövcud dəyişiklik və real inkişafı öz gözləri ilə görməsi cənab İlham Əliyevə olan loyal münasibətindən irəli gəlir. Bu da sözsüz ki, ABŞ konqresində Azərbaycanyönlü mövqeyin güclənməsindən xəbər verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB