Mübariz Əhmədoğlu: “İranla “altılıq” ölkələri arasında razılaşma regiona mühüm təsir edəcək”
"İran və "altılıq" ölkələri arasında nüvə proqramına dair razılaşma daha çox region üçün nəzərdə tutulub". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu İran və "altılıq" ölkələri arasında nüvə proqramına dair razılaşmanın əldə olunması məsələsini şərh edərkən deyib.
İran regionda əvvəlki tək ABŞ-ın canişininə çevrilmək niyyətindədir
M.Əhmədoğlu bildirib ki, İran bu məsələdə ABŞ-ın canişininə çevrilmək üçün razılığa gəlib: "Bu gün İran regionda əvvəlki tək ABŞ-ın canişininə çevrilmək niyyətindədir. İranın Naxçıvan tərəfə güllə atması da bu niyyətin bariz nümunəsidir. Həmçinin, bu İranın ambisiyasıdır. Ona görə ki, ABŞ-ın dostu və əvvəlki kimi canişini olmaq niyyətindədir".
Qərb İranı Rusiyanın təsir zonasından çıxarmaq niyyətindədir
Politoloq deyib ki, bu razılıqdan sonra hökmən İran-Rusiya münasibətləri dəyişəcək: "İran və "altılıq" ölkələri arasında nüvə proqramına dair razılaşmanın əsas mahiyyəti bundan ibarətdir. Qərb İranı Rusiyanın təsir zonasından çıxarmaq niyyətindədir. Elə İranın özü də bunu istəyir".
"İran "altılıq" ölkələri ilə razılığa gəlsə də, nüvə proqramını dayandıracağına inanmıram!
"İran "altılıq" ölkələri ilə razılığa gəlsə də nüvə proqramını dayandıracağına inanmıram. İrana uranın 5 faiz zənginləşdirilməsinə icazə verilib. Ancaq İran bu ad altında özünün iqtisadi vəziyyətini dirçəltdikdən sonra nüvə bazasını elə vəziyyətə gətirib çıxara bilər ki, 3-4 ay ərzində nüvə bombası hazırlayar", -deyə M.Əhmədoğlu əlavə edib.
İsrail İranın nüvə bombasını əldə etməmişdən öncə məhv etmək niyyətindədir
M.Əhmədoğlu qeyd edib ki, İsrailin mövqeyincə İran mütləq vurulmalıdır: "İsrailin İran məsələsində başqa niyyəti yoxdur. İsrail hesab edir ki, İran atom bombası əldə etsə, ərəb ölkələrini qorxudaraq ətrafına toplayacaq və ona qarşı hücuma keçəcək. Ona görə də İsrail İranın nüvə bombasını əldə etməmişdən öncə məhv etmək niyyətindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB