Elmar Məmmədyarov İƏT-in baş katibi ilə görüşüb

Elmar Məmmədyarov İƏT-in baş katibi ilə görüşüb

Bu gün Azərbaycan xarici işlər naziri (XİN) Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə İƏT arasındakı münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

İƏT baş katibi Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib və ölkəmizin təşkilat içindəki fəaliyyətini yüksək qiymətləndirib.

Görüş zamanı həyata keçiriləcək birgə layihələr və təşkilatın gündəliyində duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə