"Ermənistan Respublikasının hidroterror və hidrodiversiya aktları regional təhlükəsizliyə təhdid kimi" YENİLƏNİB
Bu gün Bakıda Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Heydər Əliyev adına Coğrafiya İnstitutunun birgə təşəbbüsü ilə "Ermənistan Respublikasının hidroterror və hidrodiversiya aktları regional təhlükəsizliyə təhdid kimi" mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda SAM-ın direktoru Fərhad Məmmədov, AMEA-nın müxbir üzvü, professor akademik Heydər Əliyev adına yanında Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov, AMEA Yer elmləri bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, Milli Məclisin deputatı Rövşən Rzayev, AMEA-nın müxbir üzvü, professor, Radiasiya Problemləri İnsitutunun direktoru Adil Qəribov və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov deyib ki, içməli su təminatının XXI əsrin əsas probleminə çevrilməsi riski var və o, bəşəriyyətin gələcək inkişaf yolunu müəyyənləşdirən resursdur. Diqqətə çatdırılıb ki, Azərbaycan da bu gün mövcud problemlə üz-üzədir. Lakin bir çox ölkələr sudan terror vasitəsi kimi istifadə edir. Ermənistan da neçə illər ərzində su ehtiyatlarından hidroterror hadisələri həyata keçirir. Hesab edirəm ki, Azərbaycan hər zaman bu kimi hallara qarşı dünya ictimaiyyəti qarşısında haqq səsini ucaltmalıdır".
Daha sonra AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov "Regional münaqişələrin yaranmasında su amili" mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, bu gün dünya ölkələrinin 40%-i ciddi su çatışmazlığı problemləri ilə qarşılaşır: "Artıq Azərbaycan ərazisində yağıntının miqdarı azalıb, buxarlanma artıb. Belə davam etsə, müəyyən ekoloji problemlər yaranar. Azərbaycanda şirin su ehtiyatlarına, onların kəmiyyət və keyfiyyət göstəricilərinə regional qonşuların imkanları kontekstindən yanaşmaq lazımdır".
AMEA Yer elmləri bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov və Milli Məclisin deputatı Rövşən Rzayev isə qeyd ediblər ki, hazırda Sərsəng su anbarı Azərbaycanın nəzarətindən kənarda yerləşən ərazilərdədir və buradan istifadə edilmir. Vurğulanıb ki, Sərsəng su anbarının Ermənistan tərəfindən təbii yolla dağıdılması regionda yaranan hərbi, ekoloji problemdir".
Sonra isə digər çıxış edənlər "NATO və TACİS proqramları çərçivəsində Kür və Araz çaylarının ekoloji vəziyyəti ilə bağlı Cənubi Qafqaz dövlətlərinin birgə layihələrin nəticələri" və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Konfransın sonunda isə müzakirə olunan mövzu ilə bağlı 2014-cü ildə Bakıda beynəlxalq konfransın keçirilməsi haqqında qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB