İran səfirliyinin Mədəniyyət Mərkəzinin maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadənin ölkədən çıxarılması ilə bağlı İran Azərbaycana nota verib. Səfirlikdən SİA-ya verilən məlumata görə, notanın verilməsinə səbəb Əhməd Əhmədzadənin viza probleminə görə, Azərbaycandan çıxarılmasıdır.
Mətbuat xidmətindən bildiriblər ki, bu məsələ ilə bağlı daha dəqiq məlumat yaxın vaxtlarda veriləcək.
Qeyd edək ki, məsələ ilə bağlı hələlik Dövlət Miqrasiya Xidmətindən məlumat almaq mümkün olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB