Azərbaycanda yetkin demokratiya qurmaq ölkənin strateji məqsədidir
Bu yaxınlarda Böyük Britaniyanın "The İndependent" qəzetində FİA GT seriyalı "Baku World Challenge" beynəlxalq avtomobil yarışına sözügedən mətbuat orqanının jurnalistinin buraxılmaması ilə bağlı həqiqətə uyğun olmayan məqalə dərc edilib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun qəzetdə həmin məqaləyə cavab məktubu dərc olunub.
Məktubda bildirilir ki, Azərbaycan jurnalistlər də daxil olmaqla xarici turistlərə açıq olan bir ölkədir. "Baku World Challenge" kimi beynəlxalq tədbirin təşkilatçılarının isə dəvət edilən qonaqlar üçün özlərinə məxsus siyasətləri vardır və buna hörmətlə yanaşılmalıdır.
Diplomat yazır: "Azərbaycanda yetkin demokratiya qurmaq ölkənin strateji məqsədidir. Azərbaycan ATƏT, Avropa Şurası da daxil olmaqla bir çox Avropa institutlarının üzvüdür və Avropa İttifaqının yaxın tərəfdaşıdır. Əməkdaşlığımızın əsas istiqamətlərindən biri demokratiya və insan hüquqlarının daha da gücləndirilməsidir. Biz Azərbaycana qarşı edilən konstruktiv və faydalı tənqidləri qəbul edirik. Lakin tənqidçilər Azərbaycanda demokratiya istiqamətində əldə edilmiş uğurları da nəzərə almalıdırlar. Azərbaycan beynəlxalq birliyin etibarlı üzvünə çevrilib və hökumət ölkədə demokratik standartların gücləndirilməsinə sadiqliyini saxlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB