Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Sədr, Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik günü münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı ənənəvi dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına sülh və firavanlıq diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə