Zahid Qaralov: “Heç bir partiyanın YAP qədər nüfuzu olmayıb” AÇIQLAMA

Zahid Qaralov: “Heç bir partiyanın YAP qədər nüfuzu olmayıb” AÇIQLAMA

"1992-ci ilin noyabrın 21-də blokadada olan Naxçıvanda keçirilən təsis konfransının nəticəsi bu günki Azərbaycandır". Bu sözləri SİA-ya YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü ilə bağlı danışarkən deyib.

O bildirib ki, YAP hələ çox yubileylər keçirəcək, ona görə ki, hazırda 80 partiya mövcud olsa da onların hamısı YAP-ın gördüyü iş qədər iş görə bilməyiblər və görə bilməzlə də.

Z.Qaralovun sözlərinə görə, heç bir partiyanın YAP qədər nüfuzu olmayıb, olmayacaq da: "Bütün partiyalar birləşsələr belə hakimiyyətə gələ bilməzlər. Ona görə ki, onlar xalqsız partiyalardır. Ölkəmizdə keçirilən prezident seçkilərində "Milli Şura" cəmi 5,5 faiz səs topladı. Ayrı-ayrılıqda götürsək çox az faiz təşkil edir. Belə olan halda onlardan nə hakimiyyət olacaq. Onlar Don Kixotdurlar özlərinin xəyallarını reallıq kimi qləmə verməyə çalşırlar. Bizim partiya isə yüksək mədəniyyətə malik olan, siyasi mədəniyyət gətirən qüdrətli bir xalq partiyasıdır. Partiyanın 650 min üzvü var. Bu, təkcə kəmiyyət göstəricisi yox, həm də keyfiyyət göstəricisidir. İnşaallah, bundan sonra hələ çox illər öz yubileylərimizi keçirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə