Əli Əhmədov: "Bu yol Ulu öndər Heydər Əliyev və İlham Əliyev yoludur"
"Yeni Azərbaycan Partiyasının (YAP) yaranması Ümummilli lider Heydər Əliyevin möhtəşəm tarixi qayıdışı istiqamətində ən düzgün, doğru və tarixi gedişdə özünü göstərən amildir. Güman edirəm ki, YAP yarandığı gündən Azərbaycan vətəndaşlarının, bütövlükdə isə cəmiyyətin gözləntilərini doğruldub". SİA-nın məlumatına görə, bunu bu gün Baş nazirin müavini, YAP-ın Sədr müavini Əli Əhmədov YAP-ın yaradılmasının 21-ci ildönümü münasibətilə təşkil olunan mərasimdə çıxışı zamanı deyib.
YAP-ın Sədr müavinin sözlərinə görə, hakim partiyanın əsas missiyası Ulu öndər Heydər Əliyev ideyalarını cəmiyyətə transfer etməkdən ibarətdir: "YAP 21 il ərzində daim uğurlar, nailiyyətlər əldə edib. Hakim partiyanın qazandığı uğurlar tək bir təşkilatın əldə etdiyi möhtəşəm nailiyyətlərdən ibarət deyil, eləcə də bu uğurlar Azərbaycan cəmiyyətinin, xalqının bütövlükdə isə dövlətimizin əldə etdiyi nailiyyətlərdir. YAP-ın əldə etdiyi nailiyyətlər ölkəmizin inkişafında və uğurlarında öz əksini tapan və bütövlükdə 21 il ərzində Azərbaycanın 20 il bundan əvvəlki təlatümlü, eləcə də hər bir Azərbaycan vətəndaşını narahat edən vəziyyətdən bu gün sürətlə inkişaf edən qüdrətli Azərbaycana gətirməkdən ibarət olan inkişaf mərhələsi idi".
Cənab İlham Əliyevin 9 oktyabrda ölkəmizdə keçirilən prezident seçkilərində qazandığı inamlı qələbəsinə də toxunan Əli Əhmədov bildirib ki, bu qələbə Azərbaycan vətəndaşlarının bütövlükdə isə cəmiyyətimizin Ümummili lider Heydər Əliyev ideyalarına sədaqətini, inamını ifadə etmiş oldu. Bununla belə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən siyasət və bu siyasətin ölkə xalqı tərəfindən qiymətləndirilməsi buna bariz sübut olaraq göstərilə bilər. Bu yol Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurla həyata keçirilməsi yoludur"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB