Abel Məhərrəmov:"Azərbaycanda Xalq Cumhuriyyəti yaradıcılarına ansambl şəkildə abidənin ucaldılmasına ehtiyac var."
"Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı ölkə başçısının sərəncamı hamımızın ürəyincədir". SİA-nın məlumatına görə, bu sözləri Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, dövlətin bütün ali strukturları, xüsusilə elm təhsil müəssisələri ideologiya müstəvisində M.Ə. Rəsulzadənin tarixi xidmətlərini qeyd edəcək, hər müəssisə bu istiqamətdə öz tədbirlər planını hazırlayacaq.
Sərəncama görə ölkə başçısına təşəkkürünü bildirən rektor vurğulayıb ki, sərəncama əsasən Azərbaycanın tarixi şəxsiyyətləri seriyasından böyük ictimai- siyasi xadim, müstəqil Azərbaycan dövlətlərinin yaradıcılarından biri M. Ə Rəsulzadənin 130 illiyi qeyd ediləcək".
M. Ə. Rəsulzadənin Bakı Dövlət Universitetindəki büstünün bu günə kimi qoyulmamasına münasibət bildirən A.Məhərrəmov bildirib ki, əgər dövlət səviyyəsində belə bir sərəncam varsa, o zaman Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcılarının hamısı nəzərdən keçiriləcək: "Bu gün büst haqqında söhbət etməyək. Ona görə ki, bu məsələ hər zaman aktual olub. Azərbaycan xalqı tarixi şəxsiyyətlərini, o cümlədən M. Ə Rəsulzadəni heç zaman yaddan çıxarmır. Sərəncam ətrafında müxtəlif dövlət tədbirləri həyata keçiriləcək. Düşünürəm ki, Azərbaycanda Xalq Cumhuriyyəti yaradıcılarına ansambl şəklində abidənin ucaldılmasına ehtiyac var. Bu tarixi hadisədi və onun həyata keçirilməsi hökmən vacibdir. Onlar Axərbacanın müstəqillik bayrağını ilk dəfə qaldıran ilk insanlar olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB