ABŞ-da mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyevin Milli Şuraya qarşı ittihamları səngimir. SİA-nın məlumatına görə, R.Quliyev bu dəfə Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənlini ittiham atəşinə tutub.
Onun bildirdiyinə görə, nə C.Həsənli, nə də onu müdafiə edən liderlər dövlətçilik anlayışından xəbərləri var: "ABŞ Cəmil müəllimi hansı isə gizli materiallarla təmin edəcək bununla da camaatı aktivləşdirəcək ideyası uşaq ideyasıdır, dövlətçiliyin nə demək olduğunu ümumiyyətlə bilməyənlərin ideyasıdır".
Sabiq spiker eyni zamanda C.Həsənlinin bu səfərinin adi səfər olduğunu bildirib və qeyd edib ki, Həsənli oraya maddi vəziyyətini yaxşılaşdırmaq üçün səfər edib: "Görünür, Cəmil müəllimin pulu qurtarmışdı, ona görə də ABŞ səfərini özünə yaxşı fürsət bilib".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB