Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci ildönümü münasbətilə tədbir keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin Sədr müavinləri Ziyafət Əsgərov, Bahar Muradova, dövlət və hökumət nümayəndələri, YAP Siyasi şurasının üzvləri, "91-lər" və ziyalılar iştirak ediblər.
Baş nazirin müavini, YAP-ın Sədr müavini Əli Əhmədov mərasimi açıq elan edərək deyib ki, YAP-ın yaranması Ümummilli lider Heydər Əliyevin möhtəşəm tarixi qayıdışı istiqamətində ən düzgün, doğru və tarixi gedişdə özünü göstərən amildir: "Güman edirəm ki, YAP yarandığı gündən Azərbaycan vətəndaşlarının, bütövlükdə isə cəmiyyətin gözləntilərini doğruldub. Hakim partiyanın əsas missiyası Ulu öndər Heydər Əliyev ideyalarını cəmiyyətə transfer etməkdən ibarətdir".
Daha sonra Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çıxış edərək YAP-ın 21 il ərzində qazandığı uğurlar və bu siyasi kursun layiqli davamçısı cənab İlham Əliyevin 10 il ərzində həyata keçirdiyi uğurlar barəsində danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB