“Azərbaycanda gənc diplomatik kadrların hazırlanması prosesinə dəstək”

“Azərbaycanda gənc diplomatik kadrların hazırlanması prosesinə dəstək”

Bu gün Azərbaycan Respublikası Gənclər Fondunun "Azərbaycanda gənc diplomatik kadrların hazırlanması prosesinə dəstək" layihəsi çərçivəsində Azərbaycan Diplomatik Akademiyasında (ADA) tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli, xarici işlər nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, Milli Məclis Aparatının sektor müdiri Adil Vəliyev və gənc diplomatlar iştirak ediblər.

Tədbirdə diplomatik xidmət, onun reallaşdırılması mexanizmləri, Azərbaycanın müasir xarici siyasəti, onun prioritetləri ətrafında fikir mübadiləsi aparılıb.

Moderator qismində çıxış edən Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli bildirib ki, Azərbaycan Gənc Diplomatlar Birliyi (AGDB) fəal qeyri-hökümət təşkilatından biridir: "Onların əsas məqsədlərindən biri yetişməkdə olan gənc diplomatik kadrların formalaşması prosesinə dəstək vermək və onun informasiya, analitik təminatını reallaşdırmaqdır. Bu layihə çərçivəsində artıq ikinci tədbir baş tutub. İlk tədbir Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) keçirilib. Hesab edirəm bu tədbir xüsusi əhəmiyyət daşıyır. Çünki diplomatik kadrlarla tək DİA deyil, eləcə də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Diplomatik Akademiyası məşğuldur".

Diqqətə çatdırılıb ki, öz həyatını diplomatiya ilə bağlayan gənclər məhz bu tədbirə qatılıblar: Bizim layihə davam edir. Biz bunu 4 ay müddətində reallaşdırmaq fikrindəyik. Tədbirə qatılmaq istəyənlər gənclərin sayı xeyli çoxdur".

Digər çıxış edənlər isə vurğulayıblar ki, bu tədbir gənclərin peşə vərdişlərinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Çıxışlardan sonra isə suallar ətrafında fikir mübadiləsi aparılıb.

Layihənin yekununda isə fərqlənən bir qrup gəncə sertifikatlar təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə