Ukrayna Gömrük İttifaqına qoşulması haqqında qərar verə bilər - Politoloq

Ukrayna Gömrük İttifaqına qoşulması haqqında qərar verə bilər - Politoloq

"Beynəlxalq sammitdən öncə Ukrayna Avropa Birliyi ilə əlaqədar mövqeyini konkretləşdirəcəkdi. Sammitdən əvvəl Rusiya prezidentinin Ukraynanın ünvanına sətiraltı ifadələrlə hədələr etməsi onların iqtisadi əməkdaşlıqlarına yenidən baxış keçirməyi zəruri etdi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, əgər Ukrayna Avropaya Birliyinə inteqrasiyanı gücləndirsəydi, o zaman MDB məkanında ciddi narazılıqlara səbəb ola bilərdi: "Çünki onlar arasında artıq oturuşmuş iqtisadi münasibətlər mövcud idi. İstənilən vaxt Rusiya Ukraynaya təziq edə bilərdi. Məhz ona görə, Ukrayna tərəfi Avropa ilə assosiativ müqavilə imzalamağı dayandırmaq qərarı verib".

Politoloq onu da vurğulayıb ki, Ukrayna Rusiya dövləti ilə münasibətlərinin kəskinləşməsi fonunda milli təhlükəsizliyinə xələl gələcəyindən çəkinir: "Hesab edirəm ki, yaxın zamanda Ukrayna Rusiyanın təşəbbüskarı olduğu Gömrük İttifaqına qoşulması haqqında qərarını bildirəcək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə