Partiya sədri: "İsa Qəmbər 30 ili tamam olmamış siyasətdən getmək istəyir?

Partiya sədri: "İsa Qəmbər 30 ili tamam olmamış siyasətdən getmək istəyir?

"Əvvəlcədən demişəm "Milli Şura" ölü doğulmuş uşaqdır. Rüstəm İbrahimbəyov stəkanda fırtına yaratdı və bu su ilə əl-üzü yuyaraq kənara çəkilir". Bunu SİA-ya Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə "Milli Şura" daxilində baş verən prosesləri şərh edərkən deyib.

Partiya sədri bildirib ki, Əli Kərimli və İsa Qəmbər radikal müxalifətin əvvəllər yaratdıqları "birliklərə" çevirməyə cəhd edirlər.

A.Əlizadənin sözlərinə görə, radikal müxalifətdə təmsil olunanlar heç vaxt bir-birlərinə güzəştə getməyiblər: "Rüstəm İbrahimbəyov etiraf edir ki, siyasətçi deyil, dramaturqdur. O, bir ssenari yazmışdı o da alınmadı. Nə qədər ki, Rüstəm İbrahimbəyovun bu qurumda gücü vardı, Eldar Namazov da güclü idi. Onun gücü azaldıqca Eldar Namazovun gücü də gün-gündən azalır".

"İsa Qəmbərə 20 yanvar qırğınının qarşısını almamasına görə tənqid olunan zaman deyirdi ki, siyasətdə 30 il ömrü var, onu da bir gecəyə görə qurban vermək istəmir. Yəni bu qanlı faciənin qarşısını almaq olardı. Hələ 30 ili tamam olmamış siyasətdən getmək fikrindədir? İsa Qəmbər hər zaman qanunların pozulmasından dəm vurur. Ancaq iki ildir partiyanın nizamnaməsini pozaraq başqan vəzifəsində qalır", - deyə A.Əlizadə vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə