Politoloq: “Azərbaycan Türkiyə, Ukrayna, Belarus arasında münasibətlər daha da yüksək səviyyəyə qalxacaq” MÜNASİBƏT
"Azərbaycanla Türkiyə, Ukrayna və Belarus arasında münasibətlər bundan sonra daha da yüksək səviyyəyə qalxacaq". Bu sözləri SİA-ya Poitoloq Qabil Hüseynli ölkə başçısının Türkiyə və Ukraynaya səfərini, Belarus prezidentinin ölkəmizə səfərini şərh edərkən deyib.
Səfərləri ayrı-ayrılıqda şərh edən politoloq bildirib ki, ölkə başçısının Türkiyəyə rəsmi səfəri məhsuldar olub. Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlığa əsaslanır: "Bu münasibətlər getdikcə yüksələn xətt üzrə inkişaf edir. Ölkələr bir-birinin iqtisadiyyatına sərmayə yatırır, hərbi sahədə köməklik göstərir, beynəlxalq təşkilatlarda maraqlarını müdafiə edirlər. Türkiyə Azərbaycanın bir nömrəli müttəfiqi, tərəfdaşıdır".
Ukrayna Azərbaycan münasibətlərini şərh edərkən Qabil Hüseynli vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsindədir. Onun sözlərinə görə, Azərbaycanla Ukraynanı daha çox GUAM təşkilatı birləşdirir: "Bundan əlavə Ukrayna Azərbaycana silah satışında müəyyən məhsulların göndərilməsində yaxından iştirak edir. İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi ildən-ilə artır. Azərbaycan MDB məkanında olan ölkələr arasında Ukrayna ilə ən isti münasibətə malikdir".
Belarus prezidentinin ölkəmizə səfərinə gəldikdə isə politoloq bildirib ki, Belarus Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsində ölkəmizə yaxından köməklik göstərir. Onun sözlərinə görə, Belarusla əlaqələrimiz ölkəmizdə ağır sənayenin inkişafında mühüm rola malikdir: "Ümumilikdə hər üç ölkə ilə Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Ölkə başçısının Türkiyə və Ukraynaya rəsmi, Belarus prezidentinin isə ölkəmizə səfəri ölkələr arasında münasibətlərin bundan sonra daha da yüksək səviyyəyə qalxmasına səbəb olacaq. Bundan əlavə səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında qarşılıqlı əməkdaçlığın inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Bu sənədlər ümumilikdə Azərbaycan Türkiyə, Ukrayna, Belarus arasında münasibətərin daha da dərinləşməsinə yönəlib. Azərbaycanın bu ölkələrlə münasibətində əsas məsələ onların Dağlıq Qarabağ münaqişəsində istər beynəlxalq qurumlarda, istərsə də ikili münasibətlərdə ölkəmizin mövqelərini müdafiə etməsidir ki, onlar bundan sonra da bu mövqelərini davam etdirəcəklərinə söz veriblər. Bu, bizim üçün çox əhəmiyyətli bir məsələdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB