Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsi haqqında danışıblar

Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsi haqqında danışıblar

Rusiya Prezidenti Vladimir Putin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan məhdud tərkibli danışıqlardan sonra Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Bu barədə RİA Novosti məlumat verir.

R.T.Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında deyib: "Atmalı olduğumuz ümumi addımlar mövcuddur. Bu mövzular üzrə apardığımız danışıqlar mövcud məsələlərin nizamlanması üçün bizə platforma, baza yaratmğa imkan verdi".

Baş nazirin sözlərinə görə, Rusiya və Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından regionda öhdəlikləri var.

Bütün xəbərlər Facebook səhifəmizdə