“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi müzakirə olunacaq
"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə layihəsi BMT Baş Assambleyasının 68-ci sessiyasının dekabrın 16-da keçiriləcək iclasında müzakirə mövzusu olacaq.
SİA-nın verdiyi xəbərə görə, həmin gün "GUAM ərazisində həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə, inkişafa təsiri" adlı qətnamə layihəsi də müzakirə ediləcək.
Hər iki layihə BMT Baş Assambleyasının 68-ci sessiyasının gündəliyinin 34-cü və 38-ci maddələrində yer alıb.
Daha əvvəl bu layihələrin müzakirəsi dəfələrlə təxirə salınıb. GUAM baş katibi Valeri Çeçelaşvili bildirib ki, təşkilatın təqdim etdiyi qətnamə layihəsi böyük dəstəyə malik olsa da, qətnamənin təşkilatın əsas tərəfdaşlarının dəstəyi ilə qəbul olunması üçün müzakirələr təxirə salınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB