Mütəllim Rəhimli: "Müsavata başqanlıq seçimində tərəfkeşlik öz sözünü deyəcək"

Mütəllim Rəhimli: "Müsavata başqanlıq seçimində tərəfkeşlik öz sözünü deyəcək"

"Müsavat Gənclər Təşkilatında keçirilən 2-ci seçki doğurdan da qəribədir. Onlar arasında yaranmış ilk seçkidən sonrakı narazılıq, ikinci seçkidə də özünü göstərmiş oldu". Bu fikirləri SİA-ya Ədalət partiyasının aparat rəhbəri Mütəllim Rəhimli söyləyib.

O, həmçinin qeyd edib ki, Müsavat partiyasına keçiriləcək olan başqanlıq seçkilərində də demokratik prinsiplər qorunmayacaq: "Başqanlıq seçimində tərəfkeşlik öz sözünü deyəcək və bu isə demokratik dəyərlərə uyğun gəlmir".

Cahid SÜLEYMANOV

Bütün xəbərlər Facebook səhifəmizdə