YAP Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısıdır
Gənclər YAP-ın yaradılmasının 21-ci ildönümü ilə bağlı fikirlərini bölüşdülər.
Sərraf Balaxan,
YAP Gənclər Birliyi ofisinin rəhbəri:
-Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçilik tarixində son 21 ildə baş verən bütün mütərəqqi dəyişikliklərin, inkişafın və tərəqqinin, qazanılan uğurların səbəbkarıdır. Partiya məhz Azərbaycan dövlətçilik tarixinə yeni nəfəs gətirmək, xalqı düşdüyü ağır vəziyyətdən xilas etmək məqsədilə Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmışdır. Bu cəsarətli addım hazırda vətəndaşı olduğumuz müasir Azərbaycanın ən önəmli tarixi anıdır. Xalqın arzusunda olduğu sabitliyin, firavanlığın yaradılması üçün atılan bu cəsarət hər bir Azərbaycanlı tərəfindən ehtiramla xatırlanır. 22 yaşa qədəmimiz mübarək olsun!

Telman İmanov,
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının YAP Gənclər Birliyinin sədr müavini:
- Bu gün Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir. Ötən 21 ildə Yeni Azərbaycan Partiyası qələbələrlə zəngin, şərəfli bir tarix yaşayıb və bu davam edir. Yeni Azərbaycan Partiyasının gördüyü işlər gələcəkdə Azərbaycan dövlətinin daha da inkişaf etməsinə xidmət edəcəkdi.

Rahil Şükürov,
YAP Gənclər Birliyinin Binəqədi rayon təşkilatının sədr müavini:
- Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza sahib olan,öz sıralarında güclü bir gənclər ordusu yaradan partiyadır. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. İqtidar partiyası olaraq, Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB