Partiya sədri: ““Milli Şura” daxilində baş verənlər bu qurumun obrazlı şəkildə əksidir”

Partiya sədri: ““Milli Şura” daxilində baş verənlər bu qurumun obrazlı şəkildə əksidir”

"Son günlər "Milli Şura" daxilində baş verənlər bu qurumun obrazlı şəkildə əksidir". Bunu SİA-ya "Vəhdət" partiyasının sədri Tahir Kərimli radikal müxalifət cəbhəsində son günlər baş verən hadisələrə münasibət bildirərkən deyib.

Partiya sədri bildirib ki, eyni qurumun "rəhbər" şəxslərinin Tiflisə gedərək görüşməməsi və bu addımlarını müxtəlif bəhanələrlə izah etmələri qurumun əhəmiyyətsizliyindən, qeyri-ciddiliyindən, bir-birlərinə xoş münasibətin olmamasından xəbər verir: "Rüstəm İbrahimbəyov hər zaman müxalifətə yuxarıdan aşağı baxıb. Eyni zamanda radikal müxalifət rəhbərlərinə bu qurumun rəhbərliyində təmsil olunmağa imkan vermir. Bütün bunlar onlar arasında olan qeyri-müəyyənliyin, anlaşılmamazlığın bariz nümunəsidir".

T.Kərimli deyib ki, bu qurum seçkilərdə məğlub olduqdan sonra, onun hər bir üzvü özünü elə aparmağa çalışır ki, tam obyektivə çevrilməsinlər: "Qurum daxilində belə proseslərin baş verməsi onun iflası deməkdir. Bütün bu olanları başqa cür şərh etmək mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə