Politoloq: “Milli Şuranın yaranmasıda yaxından iştirak edənlər bilavasitə siyasi proseslərdə iştirak edirlər”
Məlum olduğu kimi, 2009-cu ildə Ziyalılar Forumu yaradılıb. Lakin forum təmsilçilərinin iddialarına görə, qurum siyasi proseslərdə iştirak etmir. Eyni zamanda, Ziyalılar Forumunun sədri Rüstəm İbrahimbəyov və Cəmil Həsənli prezident seçkilərində namizədliklərini irəli sürdülər. O cümlədən, "El" Hərəkatını yaradan Eldar Namazov da forumun üzvü kimi bilavasitə siyasi proseslərə qoşulur. Bu amil isə belə qənaətə gəlməyə əsas yaradır ki, onların siyasi proseslərdə iştirak etməmək iddiaları reallığı əks etdirmir.
Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
O, qeyd edib ki, Milli Şuranın təsisinə hazırlıq prosesi öncədən düşünülüb
Onun sözlərinə görə, hələ Milli Şuranın yarandığı ilk dövrlərdə Rüstəm İbrahimbəyovun timsalında Rusiya maraqlarına xidmət etdiyini də müşahidə etmək mümkün idi. R.İbrahimbəyov müsahibələrində Bakıdan ermənilər köçdükdən sonra Bakının mədəni səviyyəsinin aşağı düşdüyünü deyən adamdır: "Əkrəm Əylisli də eyni mövqedən çıxış edib. Milli Şuranın yaranmasıda yaxından iştirak edənlər bilavasitə siyasi proseslərdə iştirak ediblər. Bu isə ümumilikdə onlara əvvəlcədən verilmiş təlimatların əsasında həyata keçirilirdi. Əslində Milli Şura da, Ziyalılar Forumu da, "El" hərəkatı da siyasi proseslərdə iştirak etmək üçün əvvəlcədən düşünülmüşdü. Onlar məhz, siyasi proseslərdə iştirak etmək məqsədi ilə bir neçə formatda istiqamətlənərək fəaliyyət göstərirdilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB