Belarus Prezidenti Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Belarus Prezidenti Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Belarus Prezidenti Aleksandr Lukaşenko tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirəsini yad edərək, məzarları üzərinə güllər qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə