Astara rayonunda YAP-ın yaranmasının 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilib FOTO
Bu gün Astara rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Partiya fəalları əvvəlcə Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında partiyanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin önünə tər gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev açaraq qeyd edib ki, bu günlər müstəqil Azərbaycanımızın tərəqqisi və inkişafında əvəzsiz rolu olan Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü ölkəmizin hər yerində təntənə ilə qeyd olunur.
Q.Ağayev onu da qeyd edib ki, yaranmış ağır vəziyyəti düzgün qiymətləndirməyi bacaran 91 nəfərdən ibarət ziyalı dəstə Azərbaycan xalqı adından ölkəmizi mövcud fəlakətdən qurtarmaq üçün Naxçıvan Muxtar Respubilikası Ali Sovetinin sədri vəzifəsində işləyən Heydər Əliyevə müraciət etdilər: "Görkəmli və mahir siyasətçi olan Heydər Əliyev alim və ziyalıların müraciətini müsbət cavablandıraraq yeni siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının yaradılmasına və bu partiyaya rəhbərlik etməyə razılıq verdi. 1992-ci ilin noyabrında təsis olunan Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi hakimiyyətə gələndən sonra Azərbaycanda ən böyük siyasi qüvvəyə çevrildi".
Tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Firudin Əhmədovun partiyanın yaranma tarixi, keçdiyi şərəfli yolu barədə məruzəsi dinlənilib, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Gülnarə Məcidova, YAP rayon Qadınlar Şurasının sədri Ağgül Məmmədova və başqaları çıxış ediblər.
Sonda YAP sıralarına yeni daxil olanlara partiyanın üzvlük biletləri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB