Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Bütün xəbərlər Facebook səhifəmizdə