Ədalət Partiyası AXCP və Müsavata qarşı ittihamla çıxış edib. Partiyanın sədr müavini Mütəllim Rəhimlinin fikrincə, müxalifət partiyalarında sağçı, solçu və mərkəzçi qüvvələr mövcud olsa da, onların ideoloji fərqliliyi birləşmələrini mümkünsüz edir.
SİA-nın məlumatına görə, ideoloji xəttləri fərqli olan partiyalarla yanaşı, siyasi xəttləri eyni olan partiyaların da fəaliyyət göstəridyini qeyd edən Ədalət Partiyası rəsmisi dolayısı ilə AXCP və Müsavata işarə edərək, həmin partiyaların birləşə biləşə bilməməsində liderlərin günahkar olduğunu iddia edib: "Həmin partiyaların birləşə bilməməsinin səbəbi isə liderlərin şəxsi ambisiyaları ilə bağlıdır. Şəxsi ambisiyalardan geri çəkilə bilsələr, müxalifətin birliyi alına bilər. Bugünkü müxalifət partiyaları ideoloji prinsiplər əsasında deyil, liderlər ətrafında formalaşır. Həmin liderlərin iddiaları da imkan vermir ki, birlik yaransın".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB