Sərraf Balaxan: “Müxalifətin indiki tərkiblə yaradacağı istənilən birlik məhvə məhkumdur” AÇIQLAMA
"Əgər biz tarixə nəzər salsaq görərik ki, hazırda dünyada istənilən sferada olan bir birliyin mövcudluğunu şərtləndirən əsas amil ümumi maraqdan qaynaqlanır. Birliklər ümumi maraq ətrafında birləşdikdən sonra hədəflər müəyyən edir və hədəfə çatmaq üçün strategiya qururlar. Bizim anti-milli müxalifətimiz isə birliyi şərtləndirən əsas amilə sahib olmadan buna cəhd edir, düşünüb bir ad tapırlar, hədəf müəyyən edir və strategiya qurur. Müşahidələrdən də göründüyü kimi nəticə olmadığı bütün hallarda indiyə qədər onların yaratdıqları bütün birliklər və qruplar məhv olub. Mən bunun əsas səbəbini ortaq – ümumi marağın olmamasında görürəm". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin Ofisinin rəhbəri Sərraf Balaxan deyib.
YAP GB Ofisinin rəhbərinin sözlərinə görə, müxalifətdə özlərini həmfikir göstərən şəxslərin hərəsinin öz marağı vardır. Bu onların həvəsi deyil, məhz maraqlarının reallaşdırılması üçün atdıqları kor-koranə addımlardır.
Sərraf Balaxan deyib ki, müxalifətin indiki tərkiblə yaradacağı istənilən birlik məhvə məhkumdur: "Çünki onların daxilində bir-birinə ən kiçik detalı belə güzəştə getməyən insanlar var. "Azadlıq" və "Müsavat" qəzetlərinin pultoplama kampaniyasında da buna şahidlik etdik. Sanki qəzetlərə kiçicik də olsa dəstək verməklə öz mövqelərini ortaya qoyur və barışmazlıqlarını ifadə edirdilər. Nəticə olaraq düşünürəm ki, Azərbaycanda müxalifət bu tərkiblə heç zaman bir ola bilməyəcək. Yaradılacaq yeni istənilən bir birliyin davamlı olmasını istəyirlərsə, ortaq maraqları olan və bir-birinə etibar edən şəxslərə bu birliyi yaratmaq üçün imkan verməlidirlər. Bunun bircə yolu var, o da öz mövcud imkanlarını gənclərə həvalə edərək siyasi səhnədən çəkilməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB