Goranboyda YAP-ın yaranmasının 21-ci ildönümü qeyd edilib FOTO

Goranboyda YAP-ın yaranmasının 21-ci ildönümü qeyd edilib FOTO

Noyabrın 20–da Goranboyda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünü qeyd edib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Tədbir YAP–ın akt zalında davam etdirilib.

YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov tədbiri açaraq YAP–ın yaranma tarixindən və onun nailiyyətlərindən danışıb.

Rayon təşkilatının sədr müavini Əzra Həşimova qeyd edib ki, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda – son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, xalq çətin ki, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən müasir Azərbaycandan danışa bilərdi.

Daha sonra çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev qeyd qeyd edib ki, Ümumilli lider Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan bu əsrdə də daha yüksək zirvələr fəth edəcək.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, YAP-ın Sədri, ölkə prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi strategiya uzun illər Azərbaycanın davamlı inkişafını təmin edəcək, dünya ölkələri sırasında Azərbaycanın mövqeyi daha da möhkəmləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə