Moskvada noyabr ayının 21-də Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının 65-ci iclası keçiriləcək. İclasda hərbi əməkdaşlığa dair 20-dən artıq məsələyə baxılacaq. SİA-nın Rusiyanın Milli Xəbərlər saytına istinadən verdiyi xəbərə görə, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
İclasda MDB Müdafiə Nazirləri Şurasının nümayəndə heyətləri - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Ukraynanın müdafiə idarələrinin nümayəndə heyətlərinin iştirak edəcəklər.
2013-cü ildə Şuranın işçi orqanlarının fəaliyyət nəticələrinin, coğrafi məkanla bağlı məlumatların operativ mübadiləsi sahəsində əməkdaşlıq məsələlərinin, silahlı qüvvələrdə dövlət tanıma sistemi vasitələrinin tətbiqinin yoxlanılması, aviasiya texnikasının nasazlıqları haqqında informasiyanın toplanması və mübadiləsi qaydaları, mühəndis silahlandırma vasitələrinin modernləşdirilməsi və təmiri, onların ehtiyat hissələrinin çatdırılması məsələlərində qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi gözlənilir.
Eləcə də, MDB iştirakçısı olan dövlətlərin Müdafiə nazirliklərinin Birləşdirilmiş radiasiya, kimyəvi və bioloji vəziyyətlərin qiymətləndirilməsinin nəzarət sisteminin yaradılması problemlərinə, operativ və döyüş hazırlığı üzrə birgə tədbirlərin hidrometeoroloji təminatı, həmçinin Birlik ölkələrinin Müdafiə nazirliklərinin və təhlükəsizlik orqanlarının xüsusi xidmətlərinin terrorçuluğa qarşı fəaliyyət sahəsində mütəxəssislərin hazırlığı və ixtisaslarının artırılmasının təşkilində qarşılıqlı fəaliyyətinə baxılacaq.
Bundan başqa, müdafiə nazirləri MDB dövlətlərinin müdafiə nazirliklərinin ən yüksək hərbi təlim müəssisələrinin kursantlarının olimpiadasının keçirilməsi, 2014-cü ildə Müstəqil Dövlətlər Birliyinin dost ordularının XI spartakiadası çərçivəsində idman növləri üzrə çempionatların keçirilməsi, MDB-nin beynəlxalq təhlükəsizlik üzrə Treninq Mərkəzinin təşkili məsələlərini müzakirə edəcəkləri barədə məktubda məlumat verilib.
Qeyd edək ki, saytın verdiyi məlumata görə, Özbəkistanın Müdafiə naziri tədbirdə iştirak etməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB