Rüstəm Məmmədov: “Azərbaycan tərəfinin qətiyyəti öz sözünü deyəcək"
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morniqstar bəyan edib ki, Dağlıq Qarabağ məsələsi bütün azərbaycanlılar üçün ağrılı məsələdir: "Bilirəm ki, azərbaycanlıların 99 faizi Dağlıq Qarabağ məsələsində vahid mövqedən çıxış edir. 20 ildən çox keçməsinə baxmayaraq, bu məsələnin həll olunmamasına görə Azərbaycan xalqının məyusluğunu başa düşürəm. Dağlıq Qarabağ münaqişəsinin həlli asan məsələ olsaydı, biz bunu edərdik".
ABŞ səfirinin çıxışına münasibət bildirən politoloq Rüstəm Məmmədov SİA-ya açıqlamasında bu gün Ermənistanın ağır vəziyyətdə olduğunu müşahidə etməyin mümkünlüyünü bildirib: "Məhz bu səbəbdən, Riçard Morniqstar Dağlıq Qarabağ məsləsi ətrafında problemin çətinliyi barədə danışıb. Lakin söz yox ki, Azərbaycan tərəfinin qətiyyəti sayəsində problem ərazi bütövlüyümüzün bərpası ilə aradan qaldırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB