Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başa çatdı

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başa çatdı

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Vyanadakı görüşü başa çatıb. SİA-nın məlumatına görə, dövlət başçıları mətbuata açıqlama vermədən "Palais Coburg" hotelinin binasını tərk ediblər.

Ölkələrdən birinin nümayəndə heyətindəki mənbə RİA Novosti-yə bildirib ki, görüşün yekunu üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı gözlənilir.

Bu, son iki il ərzində prezidentlərin ilk görüşüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə