Zərdüşt Əlizadə: İsa Qəmbər qurdunu öldürür

Zərdüşt Əlizadə: İsa Qəmbər qurdunu öldürür
Müsavat Partiyası Gənclər Birliyinə keçirilən təkrar seçkilərin saxtakarlığı haqda münasibət bildirənlərin sayı artmaqdadır. SİA-nın məlumatına görə, bununla bağlı növbəti münasibət Zərdüşt Əlizadədən gəlib.

Bu oyunların arxasında Müsavat Partiyası başqanı İsa Qəmbərin dayandığını iddia edən Z.Əlizadə onun hər zaman saxtakarlıq etdiyini xatırladıb.

"1989-cu ildə AXC-nin təsis konfransında 25 nəfər ordubadlını zala doldurub, Əbülfəz Elçibəyi sədr seçdilər. Heç kimin bu seçkidən və onun nəticələrindən xəbəri olmadı" - deyə bildirən Z.Əlizadə onu da qeyd edib ki, AXC-nin təsis konfransında sədr seçkiləri də İsa Qəmbərin rəhbərliyi ilə saxtalaşdırılıb: "Bundan sonra İsa Qəmbər Milli Məclisin sədri olaraq, Prezidentin səlahiyyətlərini icra edən zaman 7 iyun 1992-cü il prezident seçkilərini saxtalaşdırdı. Bununla da hakimiyyətin qəsb olunmasına şərait yaratdı. Yəni, bu adam mahiyyət və xarakter etibarilə saxtakar adamdır. Bir ev ki, əyri tikilə və onun özülü zay ola, ondan heç zaman ev olmaz. İndi də görünür İsa Qəmbər böyük saxtakarlıq etmək üçün məkan tapmır və Müsavat Gənclər Təşkilatının konfransının saxtalaşdırmaqla, öz qurdunu öldürür".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня