Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan noyabrın 21-22-də Rusiyaya rəsmi səfəri çərçivəsində Rusiya-Türkiyə yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclası keçiriləcək. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, Vladimir Putin və R. T. Ərdoğan nazirlərin və dövlət idarələri rəhbərlərinin müxtəlif sahələr üzrə məruzələrini dinləyəcəklər. Əsas müzakirə mövzusu ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlıq və enerji sahəsində həyata keçirilən birgə strateji layihələrin icrası olacaq. Toplantının yekununda isə bir sıra sənədlər imzalanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB