Qaradağda YAP-ın yaradılmasının 21-ci ildönümü qeyd olunub YENİLƏNİB
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının təşəbbüsü ilə partiyanın yaranmasının 21-ci ildönümü qeyd olunub. SİA-nın məlumatına görə, tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP-ın İdarə heyətinin üzvü, millət vəkili Mixail Zabelin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professoru Vilayət Əliyev və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin Qaradağ rayonu ərazisində yerləşən abidəsini ziyarət edərək, gül-çiçək dəstələri düzüblər.
Çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qeyd edib ki, Yeni Azərbaycan Partiyası böyük çətinliklərə, fırtınalara sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirir: "Müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan, dünya xəritəsindən bir dövlət olaraq silinmək təhlükəsini yaşayan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalq üzünü Ulu öndər Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. Dahi şəxsiyyət düşünülmüş siyasəti ilə Azərbaycanı yenidən qurdu. Hazırda bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olub. Bu gün biz Azərbaycanı daha da inam və sürətlə inkişaf etdiririk".
Diqqətə çatdrılıb ki, 21 ildir ki, ölkəmizin ictimai-siyasi həyatında, eləcə də beynəlxalq aləmdə mühüm irəliləyişlərə nail olunub.
ADPU-nun professoru Vilayət Əliyev deyib ki, YAP-ın 600 mindən artıq üzvü var. O, bildirib ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ulu öndər Heydər Əliyev hələ sağlığında ikən canlı əfsanəyə çevrilib: "Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Ümummilli liderin adı xalqımızın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqa, torpağa məhəbbət və sədaqət meyarı olub".
Millət vəkili Mixail Zabelin və Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev çıxış edərək YAP-ın tarixi uğurları barəsində danışıblar.
Sonda YAP Qaradağ rayon təşkilatının bir qrup fəalı Fəxri fərman və hədiyyələrlə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB