Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı partiyanın yaranmasının 21-ci ildönümü ilə əlaqədər "Güclü liderlə xoşbəxt gələcəyə doğru" adlı tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyublar.
Rayon təşkilatından SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova iştirakçıları Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə təbrik edərək qeyd edib ki, böyük Azərbaycanlı dahi Heydər Əliyev qüdrətindən və ona ümumxalq sevgisindən yaranmış Yeni Azərbaycan Partiyası ötən 21 il ərzində ölkəmizdə baş verən yüksəliş və yeniləşmədə, uğurlu layihələrin həyata keçirilməsində aparıcı, vahid, qüdrətli, mütəşəkkil siyasi qüvvə kimi iştirak edib, müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yeganə iqtidar partiyası olduğunu əməli və səmərəli fəaliyyəti ilə sübut edib: "Yeni Azərbaycan Partiyasının avanqard dəstələrindən olan YAP İsmayıllı rayon təşkilatı da partiyanın məqsəd və maraqlarını əldə rəhbər tutaraq partiyanın daha da çiçəklənməsi naminə məqədyönlü işlər görüb. Hazırda YAP İsmayıllı rayon təşkilatı özündə 86 ərazi ilk partiya təşkilatını birləşdirir. Partiya üzvlərinin boy sırası daha da artaraq 7590 nəfərə çatıb. Onların 40 faizini və ya 3012 nəfərini gənclər, 36,3 faizini və ya 2755 nəfərini qadınlar təşkil edir".
Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının sədri S.Əhmədova, YAP İsmayıllı rayon Gənclər Birliyinin sədri T.Salehov, ağsaqqallar şurasının üzvü Y.Nuriyev, partiya veteranı M.Əhmədov, ərazi ilk partiya təşkilatları adından R.Məmmədova, ictimai birliklər və qeyri hökümət təşkilatları adından V.Zərbiyev çıxış edərək qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası gördüyü işlərlə, üzərinə götürdüyü missiya ilə xalqın inamını doğruldub və bundan sonra da partiyamızla xalqımız arasındakı bu birlik daha da möhkəmlənəcək.
Sonra çıxış edən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeydi edib ki, Yeni Azərbaycan Partiyası daim ölkəmizin ictimai-siyasi həyatında önəmli rol oynayır.
Daha sonra bir qrup yeni qəbul olunan YAP üzvlərinə vəsiqələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB