Sərdar Cəlaloğlu Asəf Quliyevi ciddi siyasətçi kimi qəbul etmir

Sərdar Cəlaloğlu Asəf Quliyevi ciddi siyasətçi kimi qəbul etmir

"Asəf Quliyev mənə ADP-nin qərargahında yer ayrılmasını xahiş edərkən, mən ona etiraz etmədim. Onunla mən uzun müddətdir ki, siyasi arenada olduğumuza görə sözünü yerə salmadım".

Bu sözləri SİA -ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

ADP sədri açıqlamasında onu da qeyd etdi ki, əslində, o, Asəf Quliyevi ciddi siyasətçi kimi qəbul etmir: "Hələ Azərbaycan Xalq Cəbhəsi (AXC) yarandığı dövrlərdə ona müxtəlif tapşırıqlar verilsə də, o həmin tapşırıqların öhdəsindən gələ bilmirdi. Məhz, həmin zamanlarda bir çoxları belə qənaətə gəlməyə başladılar ki, onun siyasi və idarəçilik bilgisi, məharəti yoxdur".

S.Cəlaloğlu Asəf Quliyevin yaratdığı yeni hərəkata qərargahda yer verməsinə gəlincə isə, bildirib ki, o bunu etika xatirinə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə