Musa Quliyev: YAP-ın ideyası dövlətçilik prinsipi ətrafında xalqı toplamaqdır
"Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin qurulmasında müstəsna əhəmiyyəti olan bir partiyadır. Partiya tarixin tələbatından, xalqın dövlətçiliyə olan ehtiyacından yaranıb". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev bildirib.
Onun sözlərinə görə, YAP əvvəl müxalifət partiyası kimi yaransa da, qanunlara, qaydalara heç bir zaman müxalif şəkildə fəaliyyət göstərməyib: "Partiyamızın yaranmasına, formalaşmasına, təşkilatlanmasına o zaman iqtidar partiyası olan Xalq Cəbhəsi Partiyası müxtəlif şəkildə müdaxilələr etdi, əngəllər törətdi. Buna baxmayaraq, YAP heç vaxt qanunsuz aksiyalar keçirtməyə cəhd belə etmədi. Çünki Yeni Azərbaycan Partiyasının yalnız bir ideyası olub - dövlətçilik prinsipi ətrafında xalqı toplamaq. YAP Ümummilli liderin simasında öz missiyasını yerinə yetirməklə platformasını cəmiyyətə, dünyaya bəyan etdi. Ölkəmizdə vətəndaş həmrəliyinin, ictimai-siyasi sabitliyin bərqarar olmasında hakim partiyanın yeri əvəzsizdir".
Millət vəkili onu da qeyd edib ki, bu gün Azərbaycan seçicisinin əksəriyyətinin Yeni Azərbaycan Partiyasının üzvü olması həmin partiyanın yarandığı 21 il ərzində qazandığı uğurun nəticəsidir.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB