Elman Nəsirli: Gürcüstanın hazırki prezidenti yumşaq siyasət taktikasından istifadə edir
Georgi Marqvelaşvili andiçmə mərasimində separatçılara müraciət edərək, Abxaziya və Osetiya məsləsinin sülh yolu ilə həll eməsi vacibliyinə toxunub. Məsələ ilə bağlı SİA-ya açıqlama verən politoloq Elman Nəsirli Gürcüstanın yeni prezidentinin Mixail Saakaşvilidən fərqli addımlar atmaq niyyətində olduğunu bildirdi.
"M.Saakaşvili hazırki Gürcüstan prezidentindən fərqli olaraq, daha çox güc faktoruna üstünlük verirdi və daha çox Qərbə arxalanaraq qarşıdurma ilə Abxaziya və Cənubi Osetiya məsələsini Gürcüstanın maraqlarına uyğun həll etmək istəyirdi. Amma G.Marqvelaşvili tamam başqa siyasi kurs nümayiş etdirmək niyyətindədir. Belə ki, yeni dövlət administrasiyasının fikrincə Gürcüstanın ərazi bütövlüyü bərpa edilməlidir".
Marqelaşvilinin Rusiya ilə əlaqləri inkişaf mərhələsinə keçirmək siyasətini ortaya qoyacağını qeyd edən politoloq ərazi bütövlüyünü təmin etmək üçün yeni administrasiyanın fərqli taktika nümayiş etdirmək niyyətində olduğunu bildirib: "Bu proses Qərbin dəstəyi ilə Rusiyaya qarşı getmək deyil, əksinə Rusiya ilə daha yaxşı münasibətlərin yaranması, Rusiya ilə əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutur. Gürcüstanın hazırki prezidenti yumşaq siyasət taktikasından istifadə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB